Partners

British Council

British Council

About

British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır.

Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsində mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyəti sahələrində fəaliyyət göstəririk.
 
British Council Birləşmiş Krallıq və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin ayrılmaz və mühüm hissəsi hesab olunur. British Council 1993-cü ildə Azerbaycanda ingilis dili, biznes inzibatçılığı və idarəetməsi sahəsində yerli ictimaiyyətə təlim xidmətlərinin təmin olunması məqsədilə təsis edilmişdir.
Back to top Back to top